Bərdədə yanğın irigövdəli ağacları yararsız hala salıb - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə yanğın irigövdəli ağacları yararsız hala salıb - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
22 Avqust , 2019 14:03
Bərdədə yanğın irigövdəli ağacları yararsız hala salıb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 12:55

Bərdə rayonunda yaşıllıq ərazidə yanğın baş verib.  

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə 20 Yanvar adlanan ərazidə qeydə alınıb. 

Belə ki, quru otlaq sahənin alovlanması yanğının tezliklə ətrafa yayılmasına səbəb olub. Nəticədə alov müxtəlif diametrli ağacları yararsız hala salıb. 

Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, həmin ərazidə ictimai iaşə müəssisələri fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi