Bərdədə uşaq ikinci mərtəbədən yerə yıxılıb

Bərdədə uşaq ikinci mərtəbədən yerə yıxılıb Uşaq ağır xəsarət alıb
Hadisə
8 Oktyabr , 2017 02:13
Bərdədə uşaq ikinci mərtəbədən yerə yıxılıb

Bərdə. 8 oktyabr. REPORT.AZ/ Bərdənin Kətəlparaq kəndində 9 yaşlı uşaq fərdi yaşayış evinin 2-ci mərtəbəsindən yerə yıxılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nəticədə 2008-ci il təvəllüdlü Hüseynov İbrahim Vahid oğlu ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, hadisə qonşuluqda yeni tikilməkdə olan evdə baş verib. Hadisə doqquz yaşlı uşaq tikintinin ikinci mərtəbəsində oynayarkən qeydə alınıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi