Bərdədə traktorla yük avtomobili toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə traktorla yük avtomobili toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
29 Oktyabr , 2019 12:54
Bərdədə traktorla yük avtomobili toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Report

Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Tovuz rayon sakini, 1958-ci il təvəllüdlü Vaqif Qurban oğlu İbrahimovun idarə etdiyi "QAZel" markalı yük avtomobili Bərdə rayonunun Hacallı kənd sakini Rahib Akif oğlu Məmmədovun idarə etdiyi traktorla toqquşub. Nəticədə "QAZel"in sürücüsü və sərnişini, 1960-cı il təvəllüdlü Hikmət İsa oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.


***20:43

Bərdə rayonunda yol qəzası baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Hüseyinbəyli kəndindən keçən hissəsində qeydə alınıb. hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi