Bərdədə süpürgəçi qadını maşın vuraraq öldürüb

Bərdədə süpürgəçi qadını maşın vuraraq öldürüb Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb
Hadisə
29 Mart , 2017 10:59
Bərdədə süpürgəçi qadını maşın vuraraq öldürüb

Bərdə. 29 mart. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.

Belə ki, Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin işçisi, 1954-cü il təvəllüdlü Məlahət Xanlar qızı Yusifovanı sürücüsü hələlik məlum olmayan "NAZ-Lifan" markalı avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Qəza nəticəsində M.Yusifova  ölüb. 

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi