Bakı. 1 sentyabr. REPORT.AZ/ Bərdədə su kanalında batan şəxsin kimliyi məlum olub. “Report”un xəbərinə görə, batan şəxs Cəfərov Vüsal Qara oğludur. 16 yaşlı yeniyetmə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantıdır.
Hadisə V.Cəfərov su kanalının yaxınlığında qoyun otaran zaman baş verib. Belə ki, kanalın üstündəki dəmir borunun üstü ilə kanalın digər tərəfinə keçən yeniyetmənin ayağı sürüşüb və o, kanala düşüb.
Hazırda xilasedicilər yeniyetmənin axtarışlarını davam etdirir.
*** 10:34
Bakı. 1 sentyabr. REPORT.AZ/ Bərdədə 1 nəfər batıb. Bu barədə "Report"a
Məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb. Hadisə yerinə Nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb.