Yuxarı
    Bağlamaq

    Bərdədə reyd zamanı sərxoş sürücülər aşkar edilərək cərimələnib - FOTO

    Reyd zamanı ümumilikdə 30-dan çox yol hərəkəti qaydasının pozulması faktı aşkarlanıb
    © Report

    Bərdə. 18 iyun. REPORT.AZ/ Bərdədə Yol Patrul Xidməti alayı və Bərdə rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib.

    "Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun müxtəlif küçələrində təşkil olunan reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq inzibati qaydada cərimələnib. Həmçinin sürücülərin sərxoş olub-olmadığı da yoxlanılıb.

    Rayonun müxtəlif ərazilərində aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də avtomobilin konstruksiyasına dəyişikliklər edən xeyli sayda sürücü aşkarlanıb. Reyd zamanı sürücülük hüququ olmayan, həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma və digər qayda pozuntuları da aşkar edilib.

    Reyd zamanı sürücülük hüququ olmayan, nəqliyyat vasitələrinə əlavə qurğular quraşdırmış sərxoş sürücülər aşkar edilib və barələrində inzibati tədbir görülərək avtomobilləri cərimə meydançasına aparılıb.

    Reydin keçirilməsində əsas məqsəd bayram günlərində avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək, yol hərəkəti qaydalarını pozan sürücüləri aşkarlamaq, onların yarada biləcəyi təhlükənin qarşısını almaqdır.

    Reyd zamanı ümumilikdə 30-dan çox yol hərəkəti qaydasının pozulması faktı aşkarlanıb.

    Qeyd edək ki, reydlərin qarşıdakı günlərdə də keçirilməsi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi