Yuxarı
    Bağlamaq

    Bərdədə restoran sahibinin oğlu ofisiantı döyüb

    17 yaşlı yeniyetmə ağır kəllə-beyin travması alıb

    Bakı. 27 aprel. REPORT.AZ/ Bərdə rayonunda restoran sahibinin oğlu 17 yaşlı ofisiantı döyüb.

    "Report" xəbər verir ki, hadisə rayonda yerləşən "Nəqşicahan" şadlıq evində baş verib. Belə ki, şadlıq sarayının rəhbərinin oğlu Cahangir Vəli oğlu İbrahimov restoranda ofisiant işləyən, rayonun Alpout kənd sakini, 1999-cu il təvəllüdlü Rafil Elman oğlu Yəhyazadəyə ağır bədən xəsarətləri yetirib 

    R.Yəhyazadə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, 17 yaşlı yeniyetmə ağır kəllə-beyin travması alıb və travmatologiya şöbəsinə yerləşdirilib.

    Hadisə şahidlərinin verdiyi məlumata görə, şadlıq sarayının sahibinin oğlu restoranda qadın xidmətçiyə qarşı kobudluq edib. R.Yəhyazadə isə xidmətçini müdafiə etdiyindən görə C.İbrahimov tərəfindən döyülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi