Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib

Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib İyunun 16-da bəzi xəbər saytlarında Bərdə rayonunun Zümürxan kəndində yaşayan 5 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.
Hadisə
21 İyun , 2024 17:36
Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib

Bəzi kütləvi informasiya vasitələrində iyunun 16-da Bərdə rayonunun Zümürxan kəndində yaşayan 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi yardım göstərilib, müayinələrin aparılması üçün müvafiq nümunələr götürülüb. Baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb:

"Araşdırmaların nəticəsinə əsasən, hadisənin qida zəhərlənməsindən baş vermədiyi məlum olub. Həkimlər tərəfindən xəstələrə “Qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıb".

Son xəbərlər

Orphus sistemi