Bərdədə qəbirlərin sinə daşını oğurlayan şəxs saxlanılıb

Bərdədə qəbirlərin sinə daşını oğurlayan şəxs saxlanılıb Hadisə Cəyirli və Güloğlu kənd qəbiristanlıqlarında qeydə alınıb
Hadisə
9 Mart , 2017 12:36
Bərdədə qəbirlərin sinə daşını oğurlayan şəxs saxlanılıb

Bakı. 9 mart. REPORT.AZ/ Bərdədə qəbirlərdən sinə daşı oğurlayan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, hadisə Cəyirli və Güloğlu kənd qəbiristanlıqlarında qeydə alınıb.

Belə ki, hər iki qəbiristanlıqdan ümumi olaraq 2 ədəd mərmərdən olan sinə daşı və 2 ədəd mərmərdən olan güldan oğurlanıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən Ceyhun Sultanov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi