Bərdədə qəbiristanlıqdan oğurluq edilib - VİDEO - YENİLƏNİB

Bərdədə qəbiristanlıqdan oğurluq edilib - VİDEO - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanıb
Hadisə
30 Mart , 2016 16:57
Bərdədə qəbiristanlıqdan oğurluq edilib - VİDEO - YENİLƏNİB

İlk xəbər 15:08-də dərc olunub. Video əlavə olunub 

Bakı. 30 mart. REPORT.AZ/ Bərdə rayonunda qəbiristanlıqdan oğurluq olub. "Report"un məlumatına görə, hadisə rayonun Ləmbəran kənd qəbiristanlığında baş verib. 

Ləmbəran kənd icra nümayəndəliyindən bildirilib ki, qəbiristanlıqda məzarların ətrafına çəkilən metal qoruyucuların üzərindəki alüminium naxışlar oğurlanıb: "Qəbiristanlıq yaşayış məntəqəsindən 2 kilometr aralıda yerləşir. Oğurluq edən şəxs və ya şəxslər gecə saatlarında məzarların ətrafına qoyulan metal qoruyucuların üzərindəki alüminium lövhələri oğurlayıblar. Kənd sakinlərinə ümumilikdə 1 000 manat dəyərində ziyan dəyib".

Baş verən oğurluq hadisəsi barədə Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət olunub.

Faktla bağlı araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi