Bərdə. 1 yanvar. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.
1964-ci il təvəllüdlü rayon sakini Abdullayev Alı Qəşəm oğlu yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı rayon polisində araşdırma aparılır.