Yuxarı
    Bağlamaq

    Bərdədə pambıq zavodunun həyətində yanğın baş verib

    Geniş əraziyə yayılan alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib

    Bakı. 1 iyul. REPORT.AZ/ Bərdədə Pambıqtəmizləmə Zavodunun həyətində yanğın baş verib. "Report" xəbər verir ki, günorta saatlarında başlayan yanğının qarşısı qısa zamanda alınıb.

    Hadisə 1 N Bərdə Pambıq Zavodunun həyətində baş verib. Yanğın qısa müddətdə genişlənərək ətrafı bürüyüb.

    Geniş əraziyə yayılan alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb. 

    Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi