Bərdədə oğurluq edən şəxs saxlanılıb

Bərdədə oğurluq edən şəxs saxlanılıb Bərdə rayonunda bir qrup rayon sakin Polis Şöbəsinə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.
Hadisə
293
22 İyul , 2021 11:07
Bərdədə oğurluq edən şəxs saxlanılıb

Bərdə rayonunda bir qrup rayon sakin Polis Şöbəsinə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb.

Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi