Bərdədə atasını öldürən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB-2

Bərdədə atasını öldürən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB-2 Bərdə rayonunda atasını öldürən şəxsin kimliyi məlum olub.
Hadisə
20 Mart , 2020 13:20
Bərdədə atasını öldürən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB-2

Bərdə rayonunda atasını öldürən şəxsin kimliyi məlum olub.

"Report"un Qarabağ mərkəzinə Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən şəxs rayon sakini, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğludur. Belə ki, o, yaşadığı evdə atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlunu mətbəx bıçağı ilə ürəyindən vuraraq öldürüb.

Namiq Mustafayevin ruhi xəstə olduğu bildirilir.


*** 12:27 

Bərdə rayonunda ahıl kişi oğlu tərəfindən qətlə yetirilib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Mirzəxan kənd sakini 1936-cı il təvəllüdlü 1936-cı il təvəllüdlü Əkbər Mustafayev öz oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən sonra Ə.Mustafayevin oğlu qaçaraq gizlənib. 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisədə şübhəlinən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində axtarışlar davam etdirilir. 


*** 11:32

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan kənd sakini, 84 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi, hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi