Bakı. 14 mart. REPORT.AZ/ Bərdə rayonunda nəvəsini Uşaq Xəstəxanasına gətirən qadın dünyasını dəyişib. Xəstəxanadan "Report"a verilən məlumata görə, rayon sakini 60 yaşlı Sədaqət Əhmədovanın qəfildən vəziyyəti pisləşib. Uşaq xəstəxanasının həkimləri müdaxilə etsələr də qadının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin (SN) Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (TEPAB) Bərdə rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın ilkin rəyinə görə, S.Əhmədova uzun müddətdir ki, ürək-damar xəstəliyindən əziyyət çəkib və bu gün ürək tutmasından dünyasını dəyişib. Bərdə Rayon Prokurorluğunun və Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bərdədə nəvəsini xəstəxanaya gətirən qadın ölüb - YENİLƏNİB
Hadisə
111
14 Mart , 2016
13:56


Son xəbərlər
