Bərdədə narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü həbs edilib
Hadisə
- 10 aprel, 2022
- 06:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları yoxlamalar zamanı rayon sakini Amil Muradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə saxlayıblar. Onun hərəkətləri şübhə doğurduğundan müvafiq müayinədən keçirilib və müayinəyə əsasən onun narkotik vasitə qəbul etdiyi məlum olub.
A.Muradov barəsində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Son xəbərlər
13:25
Əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər
Maliyyə
13:23
Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib
Region
13:23
Kənan Kərimzadə: Peşə təhsili sahəsində təhsil alanların sayı 5 ildə 28 mindən 52 minə qalxıb
Elm və təhsil
13:15
Video
44 günlük Zəfərin pilotu: İlk tullanışdan sonra atama sizin qisasınızı aldıq dedim - Müsahibə
Hərbi
13:14
Azərbaycanda aqrar sektor üzrə vergi güzəştlərinin büdcəyə xalis təsiri açıqlanıb
ASK
13:11
Foto
Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
Fərdi
13:07
Nazir müavini: "PeşəFest 2026"da 176 minə yaxın iştirakçı peşələrlə yaxından tanış olub
Sosial müdafiə
13:05
Foto
Milli Süni İntellekt Mərkəzinin baş direktoru "Oxford Insights"a Azərbaycanın süni intellekt sahəsində inkişaf prioritetləri barədə danışıb
İKT
13:03
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
Sağlamlıq