Bərdədə narkotik maddə satan şəxslər saxlanılıb

Bərdədə narkotik maddə satan şəxslər saxlanılıb Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.
Hadisə
13 Fevral , 2019 14:43
Bərdədə narkotik maddə satan şəxslər saxlanılıb

Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

Bu barədə "Report"un Qarabağ bürosuna Bərdə rayon Polis şöbəsindən məlumat verilib. 

Bildirilib ki, əməliyyat tədbirləri zamanı rayonun Dəymədağli kənd sakini 1972-ci il təvəllüdlü Əmiraslan Məmmədov 6 bükümdə narkotik vasitəni satarkən saxlanılıb. Saxlanılan şəxs narkotik vasitəni bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib. Digər əməliyyat zamanı Bərdə rayon sakini, 1967-ci il təvəllüdlü Qalıb Rüstəmov tanışı, Tərtər rayon sakini, 1982-ci il təvəllüdlü Nofəl Mirzəyeva narkotik vasitə olan heroin satarkən cinayət başında yaxalanıb. 

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi