Bərdədə üç obyektdə yanğın olub - YENİLƏNİB

Bərdədə üç obyektdə yanğın olub - YENİLƏNİB Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb
Hadisə
284
23 May , 2021 22:41
Bərdədə üç obyektdə yanğın olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bərdə rayonunda baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Bərdə rayonunda ümumi sahəsi 896 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 126 m² olan çayxananın yanar konstruksiyaları, sahəsi 84 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları və sahəsi 42 m² olan digər mağazanın lambirindən ibarət tavanı yanıb.

Hər iki mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda çay evində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğın bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdə baş verib.

Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi