Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Hadisə
299
31 Avqust , 2021 10:00
Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qaradəmirçi kənd sakini Orxan İsmayılovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi