Yuxarı

Bərdədə minik maşını ilə avtobus toqquşub: 3 yaralı

Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib

Bakı. 26 iyul. REPORT.AZ/ Bərdə rayonunda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, şəhərin Heydər Əliyev prospektində baş verən qəzada "Mercedes" markalı minik maşını ilə "Ford" markalı mikro avtobus toqquşub.

Hadisə zamanı minik maşının sürücüsü və sərnişini eləcədə mikro avtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Bərdə rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi