Yuxarı

Qəzaya düşən Kəlbəcər sakini öz avtomobilinin altında qalaraq ölüb

Qəzaya düşən Kəlbəcər sakini öz avtomobilinin altında qalaraq ölüb
Faktla bağlı araşdırma aparılır
© Report

Bərdə. 20 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədn çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb.

Həmin vaxt  öz maşınının qabaq hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz maşının altında qalaraq ağır bədən xəsarətləri alıb. 

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırlsa da orada ölüb. 

Faktla bağlı araşdərmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi