Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var - FOTO

Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var - FOTO Faktla bağlı araşdırmalar aparılır
Hadisə
20 Oktyabr , 2017 16:18
Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var - FOTO
Report

Bərdə. 20 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 23 yaşlı Xəyal Fəxrəddin oğlu Quluyevə məxsus "Mercedes" markalı mikroavtobusla Firdovsi Verdiyevin idarə etdiyi "Shacman" markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şahidlərin sözlərinə görə, yük avtomobili yol kənarında dayanan mikroavtobusu arxadan vurub. Qəza zamanı mikroavtobusda sərnişinlər olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi