Bərdədə məcburi köçkünün evi yanıb, 4 nəfər tüstüdən zəhərlənib - VİDEO

Bərdədə məcburi köçkünün evi yanıb, 4 nəfər tüstüdən zəhərlənib - VİDEO Yanğına səbəb elektirik naqillərində qısa qapanmanın olduğu bildrilir
Hadisə
6 Mart , 2017 12:09
Bərdədə məcburi köçkünün evi yanıb, 4 nəfər tüstüdən zəhərlənib - VİDEO
Report.az

Bərdə. 6 mart. REPORt.AZ/ Bərdə rayonunda məcburi köçkünün evi yanıb.

"Report"un məlumatına görə, hadisə rayonun Lək kəndində baş verib. Ağdam rayonundan olan məcburi köçkün Rasim Abbasova məxsus iki otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı evdə olan  qadın və üç uşaq tüstüdən zəhərlənib və qonşuların köməkliyi ilə onlar xəstəxanaya çatdırılıblar. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Qeyd dək ki, yanğına səbəb ilkin versiya kimi elektirik naqillərində qısa qapanmanın olduğu bildrilir. 

Son xəbərlər

Orphus sistemi