​Bərdədə maşın 33 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb - FOTO

​Bərdədə maşın 33 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb - FOTO Yaralı ağır kəllə-beyin travması və bədən xəsarətləri alıb
Hadisə
5 İyul , 2016 02:06
​Bərdədə maşın 33 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb - FOTO

Bərdə. 5 iyul. REPORT.AZ/ Bərdə rayonunun Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, "Niva" markalı minik avtomobili yolu keçmək istəyən 33 yaşlı Bərdə rayon sakini Əbilova Günay Mikayıl qızını vuraraq hadisə yerindən qaçıb.

Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal ətrafdakıların köməkliyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralıya müvafiq tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi