Yuxarı
    Bağlamaq

    Bərdədə kütləvi davada 3 nəfər bıçaqlanıb - FOTO

    Hadisə ilə bağlı saxlanılanlar var

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Bərdədə bir qrup gənc arasında kütləvi dava düşüb. "Report" xəbər verir ki, rayonun Zümürxan kəndi ərazisində baş verən davada təxminən 15 nəfər gənc iştirak edib. Hadisə zamanı üç gənc bıçaqlanıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) catırlıb. Bərdə RMX-dan verilən məlumata görə bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş bıçaq yaraları ilə axşam saatlarında  Bərdə rayon sakinləri 1984 cü il təvəllüdlü Orucov Vasif Nuruş oğlu, 1981 ci il təvəllüdlü Şahbazov Rəvan Tahir oğlu və 1982 ci il təvəllüdlü Ələkbərov Elgiz Kamil oğlu xəstəxanaya daxil olub.  Yaralılardan E.Ələkbərov əməliyat olunub,  digər iki yaralıya isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsində əməliiyat qurupu yaradılıb, hadisə yerinə baxış kecirdilib və saxlanılanlar var. Faktla bağlı cinayyət işi başlanıb araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi