Bərdədə kütləvi dava olub, xəsarət alan var

Bərdədə kütləvi dava olub, xəsarət alan var Bərdə. 1 mart. REPORT.AZ/ Bərdə rayonunda kütləvi dava baş verib.
Hadisə
1 Mart , 2019 19:12
Bərdədə kütləvi dava olub, xəsarət alan var

Bərdə. 1 mart. REPORT.AZ/ Bərdə rayonunda kütləvi dava baş verib.

"Report"un Qarabağ Mərkəzinin könüllülərinin verdiyi məlumata görə, hadisə bir neçə nəfər arasında rayonun mal bazarında qeydə alınıb.

Hadisə zamanı Ağdam rayon sakini Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ətrafda olan insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan daha sonra o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi