Bərdədə kişini həyətyanı sahədə ilan sancıb

Bərdədə kişini həyətyanı sahədə ilan sancıb Bu gün axşam saatlarında Bərdə rayonunun Xəsilli kəndində yerli sakini ilan sancıb.
Hadisə
27 İyun , 2019 23:44
Bərdədə kişini həyətyanı sahədə ilan sancıb

Bu gün axşam saatlarında Bərdə rayonunun Xəsilli kəndində yerli sakini ilan sancıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, 1985-ci il təvəllüdlü Abdullayev Anar Camal oğlunu yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən sağ əlindən ilan sancıb.

A.Abdullayev yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən bildirilib ki, A.Abdullayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Hazırda vəziyyəti kafi olaraq qalır.

Son xəbərlər

Orphus sistemi