Bərdədə "Kamaz" təkərinin partlaması nəticəsində sürücü xəsarət alıb

Bərdədə "Kamaz" təkərinin partlaması nəticəsində sürücü xəsarət alıb Hadisə sürücü təkərdə yaranmış problemi aradan qaldırmaq istəyən zaman baş verib
Hadisə
6 Yanvar , 2018 08:40
Bərdədə Kamaz təkərinin partlaması nəticəsində sürücü xəsarət alıb

Bərdə. 6 yanvar. REPORT.AZ/ Bərdədə bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1989-cu il təvəllüdlü Goranboy rayon sakini Məmmədov Rəşad Oktay oğlu özünə məxsus "Kamaz" markalı yük maşınının təkərində yaranan nasazlığı aradan qaldırmaq istəyərkən o, partlayıb.

Nəticədə sürücü müxtəlif xəsarətlər alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi