Bərdədə itkin düşən kişinin meyiti tapılıb

Bərdədə itkin düşən kişinin meyiti tapılıb Bərdə. 28 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda itkin düşən şəxsin meyiti aşkarlanıb.
Hadisə
28 Sentyabr , 2018 14:51
Bərdədə itkin düşən kişinin meyiti  tapılıb
0 : 00
0 : 00

Bərdə. 28 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda itkin düşən şəxsin meyiti aşkarlanıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, bir neçə gün əvvəl itkin düşən Bərdə rayon sakini, 63 yaşlı Razim Hacıyevin meyiti Qarabağ su kanalından tapılıb.

Meyiti yaxınlıqda yaşayan sakinlər aşkar ediblər.

Yaxınlarının sözlərinə görə, R.Hacıyev sentyabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu səbəbdən də rayon Polis Şöbəsinə müraciət olunub.

R.Hacıyevin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi