Yuxarı

Bərdədə iribuynuzlu heyvan sahibinə ağır xəsarət yetirib

Yaralı Travmatalogiya şöbəsinə yerləşdirilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bərdənin heyvanat bazarında bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Ağcabədi sakininin satmaq üçün bazara gətirdiyi iribuynuzlu heyvan sahibini vurub.

Nəticədə ağır xəsarət alan 48 yaşlı İlham Qarayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Travmatalogiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi