Bərdə. 26 iyun. REPORT.AZ/ Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, təxminən 30-35 yaşlı kişi prospektdəki Tərtər çayı üzərindəki körpüdən özünü atıb. Xoşbəxtlikdən o, ölməyib.
Xəsarət almış şəxs polis əməkdaşları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.