Bərdədə iki qardaşdan hədə-qorxu ilə pul tələb edən şəxslərin ibtidai istintaqı başa çatıb

Bərdədə iki qardaşdan hədə-qorxu ilə pul tələb edən şəxslərin ibtidai istintaqı başa çatıb Bərdə rayonunda iki nəfərdən hədə-qorxu gələrək pul tələb etməkdə təqsirləndirilən Nursani Hüsiyev və Elnur Quliyevin cinayət işi üzə ibtidai istintaq başa çatıb.
Hadisə
12 Aprel , 2019 12:14
Bərdədə iki qardaşdan hədə-qorxu ilə pul tələb edən şəxslərin ibtidai istintaqı başa çatıb

Bərdə rayonunda iki nəfərdən hədə-qorxu gələrək pul tələb etməkdə təqsirləndirilən Nursani HüsiyevElnur Quliyevin cinayət işi üzə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən il aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinən rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi