Bərdədə iki döyülmə hadisəsi baş verib

Bərdədə iki döyülmə hadisəsi baş verib Bərdə. 17 noyabr. REPORT.AZ/ Bərdə rayonunda iki döyülmə hadisəsi baş verib.
Hadisə
17 Noyabr , 2017 23:58
Bərdədə iki döyülmə hadisəsi baş verib

Bərdə. 17 noyabr. REPORT.AZ/ Bərdə rayonunda iki döyülmə hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisələrin biri şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 30 yaşlı Cəfərov Emin Nurəddin oğlu ağır kəllə-beyin travması ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Başından küt alətlə ağır xəsarət alan E.Cəfərovə tibbi yardim göstərilib və o, travmatologiya şöbəsinə yerləşdirilib.

E.Cəfərovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Rayonun Qaradəmirçi kəndində baş verən digər döyülmə hadisəsində isə 1981-ci il təvəllüdlü Nəsrullayev Rafiq Ələsgər oğlu xəsarət alıb. O, bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb. R. Nəsrullayevin də vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi