​Bərdədə güclü külək elektrik təsərrüfatına ciddi ziyan vurub

​Bərdədə güclü külək elektrik təsərrüfatına ciddi ziyan vurub Rayon əhalisi işıqsız qalıb
Hadisə
2 İyun , 2015 00:14
​Bərdədə güclü külək elektrik təsərrüfatına ciddi ziyan vurub

Bakı. 02 İyun. REPORT.AZ/ Axşam saatlarında Bərdədə başlayan güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub.

"Report" xəbər verir ki, yaranan gərginlik nəticəsində transformatorlarda açılma və partlayış baş verib, elektrik xəttləri qırılıb.

Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda iki saatdan artıqdır ki, rayon mərkəzi ilə barabər kəndlərdə də işıq sönüb.

Bərdə rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları ərazilərdə təmir və bərpa işləri aparırlar.

Rayona verilən elektrik enerjisinin nə zaman bərpa olunacağı məlum deyil.

Son xəbərlər

Orphus sistemi