Bakı. 3 fevral. REPORT.AZ/ Bərdə rayonunda oğurluq hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun Hajalı kəndində yerləşən fermadan 100 qoyun oğrulanıb. Bununla bağlı təsərrüfat sahibi Famil Musayev Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.
Bərdə RPŞ-dən verilən məlumata görə, hadisə yerinə baxış keçirilib: "Sahibkar Fuad Musayevin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb. Hadisə yerinə baxış keçirilib. Oğurluq edən şəxs və ya şəxslərin tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir".
Faktla bağlı araşdırma aparılır.