Bərdədə evi yandırılan şəxs: "Qəsdən yandırılıb" - VİDEO - YENİLƏNİB

Bərdədə evi yandırılan şəxs: "Qəsdən yandırılıb" - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
14 İyul , 2018 16:01
Bərdədə evi yandırılan şəxs: Qəsdən yandırılıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** saat 14:38

Bərdə. 14 iyul. REPORT.AZ/ Bərdə rayonunda yaşayış evi yanıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, yanğın hadisəsi Güloğlular kəndində qeydə alınıb.

Kənd sakini Abdullajimov Zöhrab Miryusif oğluna məxsus fərdi yaşayış evi yanıb.

Hadisə zamanı ev sahibləri mənzildə olmayıb. Qəfildən başlayan və qısa müddətdə güclənən alov evi tamamilə əhatəsinə alıb. Yanğının söndürülməsinə Bərdə rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 110 kvadratmetr olan dörd otaqlı evin yanar konstruksiyalarının 45 kvadratmetri tamamilə yanıb. 

Mənzil sahibi M.Abdullajimovun sözlərinə görə, onlar evdə olamdığı müddətdə baş verən yanğın qəsdən törədilib. O iddia edib ki, ev naməlum şəxs, yaxud şəxslər tərəfindən yandırlıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi