Bərdə rayonunda yaşayış evinin yanması nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində başverib.
Kənddə müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün Şükür Şirinova məxsus ev elektrik naqillərində yaranmış qısaqapanmadan yanıb.
Yanğın zamanı evdə olan 5 yaşlı Şəbnəm Şirinova və 3 yaşlı Nəzrin Şirinova tüstüdən zəhərləniblər. Hadisə zamanı habelə bir qadın da xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım həkimləri çağırılıb, yaralılara tibbi yardım göstərilib.
Yanğını söndürmək üçün əraziyə





