Bərdədə ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO

Bərdədə ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO Yanğının səbəbləri araşdırılır
Hadisə
7 Dekabr , 2017 16:44
Bərdədə ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO
Report

Bərdə. 7 dekabr. REPORT.AZ/ Bərdə rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Qaraməmmədli kəndi ərazsində baş verib.

Belə ki, həmin kəndin sakini Niyazi Məmmədova məxsus evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları cəlb edilib. Birmərtəbəli 4 otaqlı evin iki otağı əşyaları ilə birlikdə yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Yanğının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi