Bərdədə ər arvadına 4 bıçaq vurdu

Bərdədə ər arvadına 4 bıçaq vurdu Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
28 Fevral , 2020 00:29
Bərdədə ər arvadına 4 bıçaq vurdu

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun mərkəzi Bərdə şəhərinin Füzuli küçəsində qeydə alınıb.

Rayon sakini, 39 yaşlı Vüqar Zeynalov həyat yoldaşı, 37 yaşlı Aytən Zeynalovanı bıçaqlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadına dörd bıçaq vurulduğu məlum olub. Hazırda vəziyyəti orta - ağırdır.

Hadisəni törədən V. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi