Bərdədə daha bir zəlzələ baş verib

Bərdədə daha bir zəlzələ baş verib Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
Hadisə
16 Noyabr , 2017 21:22
Bərdədə daha bir zəlzələ baş verib

Bərdə. 16 noyabr. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti yeraltı təkanlar qeydə alınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, 16 noyabr tarixində saat 20:43-də Bərdədən 8 km cənub-qərbdə zəlzələ qeydə alınıb. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin baş verdiyini təsdiqləyib: "Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 24 km dərinlikdə 3,5 maqnituda olub" - Mərkəzdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi