Bərdədə cinayətkarlıqla mübarizə çərçivəsində 7 nəfər saxlanılıb

Bərdədə cinayətkarlıqla mübarizə çərçivəsində 7 nəfər saxlanılıb Onların 5-i əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub
Hadisə
10 Dekabr , 2014 21:36
Bərdədə cinayətkarlıqla mübarizə çərçivəsində 7 nəfər saxlanılıb
Bakı. 10 dekabr. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində Bərdə rayonunda növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.

"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb.

Onların 5-i əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərlərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi