Bərdədə çayxana sahibi həbs olunub
Hadisə
- 17 yanvar, 2022
- 08:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdədə çayxana sahibi həbs olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən çayxana müəyyən edilib.
Yoxlamalar zamanı rayon ərazisində yerləşən çayxananın gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi aşkarlanıb.
Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyektin sahibi Ələsgər Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Son xəbərlər
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
20:00
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Maliyyə