Bərdədə bazarda yanğın olub, iki kafe yanıb

Bərdədə bazarda yanğın olub, iki kafe yanıb Bərdə. 12 aprel. REPORT.AZ/ Bərdə rayonunda bazarda yanğın başlayıb.
Hadisə
12 Aprel , 2018 09:21
Bərdədə bazarda yanğın olub, iki kafe yanıb

Bərdə. 12 aprel. REPORT.AZ/ Bərdə rayonunda bazarda yanğın başlayıb. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, yanğın rayonun Alpout kəndi ərazisndə yerləşən "mal bazarında" kafelərdən birində başlayıb. Qısa müddətdə genişlənən yanğın yaxınlıqda yerləşən digər kafeyə keçib. Nəticədə iki kafe tamamilə yanaraq yararsız hala düşüb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi və sahibkarlara dəyən ziyan araşdırılır.

Son xəbərlər

Orphus sistemi