Bərdədə bazarda kişi meyiti tapılıb - YENİLƏNİB

Bərdədə bazarda kişi meyiti tapılıb - YENİLƏNİB Bərdə rayonunda kolxoz bazraı adlanan ərazidə yerli sakinlər tərəfindən aşkar edilən meyitin kimə məxsus olması açıqlanıb.
Hadisə
20 Noyabr , 2019 11:49
Bərdədə bazarda kişi meyiti tapılıb - YENİLƏNİB

Bərdə rayonunda "kolxoz bazraı"  adlanan ərazidə yerli sakinlər tərəfindən aşkar edilən meyitin kimə məxsus olması açıqlanıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, meyitin Tərtər rayonunun Sarcalı kənd sakini, 1947-ci il təvəllüdlü Ağayev Nadir Abbas oğluna məxsus olduğu müəyyənləşib. 

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Müayinə nəticəsində onun ürəktutmadan öldüyü məlum olub.


*** 10:23

Bərdə rayonunda, "Kolxoz bazarı" deyilən ərazidə kişi meyiti tapılıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hələlik kimliyi  məlum olmayan ölənin ahıl kişi olduğu bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi