Bərdədə baş verən yol qəzasında ər və arvad yaralanıb - FOTO

Bərdədə baş verən yol qəzasında ər və arvad yaralanıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Sentyabr , 2017 12:06
Bərdədə baş verən yol qəzasında ər və arvad yaralanıb - FOTO
Report.az

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, rayonun Bakı küçəsində yük avtomobili ilə minik maşını toqquşub.

Belə ki, hərəkətdə olan “Shacman” markalı yük avtomobili əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı maşına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü,  1957-ci il təvvəlüdlü Cabbarov Rəhim Abbas oğlu və onun həyat yoldaşı, 1965 ci ilə təvvəllüdlü Behbudova Lətafət Maqsud qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi