Bərdədə baldız yeznəsini bıçaqlayıb

Bərdədə baldız yeznəsini bıçaqlayıb Hadisə ailə münaqişəsi zəminində baş verib
Hadisə
141
3 Sentyabr , 2016 22:36
Bərdədə baldız yeznəsini bıçaqlayıb

Bərdə. 3 sentyabr. REPORT.AZ/ Bərdə rayonunun Piyadalar kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Bayramov Mahir Salman oğlu bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, hadisəni Mahirin baldızı törədib. Bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.

Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi