Bərdədə avtomobillər toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə avtomobillər toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Bərdə rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
144
21 Oktyabr , 2019 11:50
Bərdədə avtomobillər toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Bərdə rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə nəticədə "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü, Füzuli rayon sakini, 1982-ci il təvəllüdlü Qorxmaz Kamal oğlu Ağayev və sərnişinləri, Füzuli rayon sakinləri - 1991-ci il təvəllüdlü Aygün Mahir qızı Ağayeva, 2014-cü il təvəllüdlü Gülay Qorxmaz qızı Ağayeva, 2015-ci il təvəllüdlü Kamal Qorxmaz oğlu Ağayev və 2019-cu il təvəllüdlü Ayxan Qorxmaz oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəsarət alanlardan A.Ağayevin vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


*** 11:06

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun rayonun Bəciravan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı minik avtomobili yolun əks tərəfi ilə hərəkətdə olan "Zil" markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili də "Zil"ə çırpılıb. Qəza nətiocəsində bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi