Bərdədə avtomobillə kişini vuraraq öldürən sürücünün kimliyi məlum oldu

Bərdədə avtomobillə kişini vuraraq öldürən sürücünün kimliyi məlum oldu Bərdə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
31 Dekabr , 2020 13:16
Bərdədə avtomobillə kişini vuraraq öldürən sürücünün kimliyi məlum oldu

Bərdə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 30-u saat 21 radələrində şəhər ərazisində yolu keçən şəhər sakini M.Cavadovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə daxil olan məlumatla əlaqədar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü A.Ağayev tərəfindən törədilməsi müəyyən edilib.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi