Bərdə. 10 fevral. REPORT.AZ/ Bərdə rayonunda avtomobil vurması nəticəsində ölən qadının şəxsiyyəti məlum olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, "VAZ 21011" markalı avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Rahilə Məmmədovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı polis araşdırma aparır.
***11:59
Bərdə. 10 fevral. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Əliyalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, orta yaşlı qadın yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da orada ölüb.