Yuxarı

Bərdədə avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var

​Faktla bağlı araşdırmalara başlanılıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bərdə rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Bərdə-Yevlax avtomobil yolunun Bərdə rayonunun Şorəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini 41 yaşlı Qəhrəman Bəhmən oğlu Qurbanov idarə etdiyi “NAZ LİFAN” markalı, 59 BE 698 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən dəmir ayırıcıya çırpılıb.

Qəza zamanı avtomobildə olanlar 1977-ci il təvəllüdlü Həmayə Gəncəli qızı Qurbanova, 1933-cü il təvəllüdlü Humay Salaman qızı Qurbanova və 2015-ci il təvəllüdlü Münəvvər Qəhrəman qızı Qurbanova ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Qəza zamanı ağır yaralanan 1933-cü il təvəllüdlü Humay Salman qızı Qurbanova xəstəxanada vəfat edib. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi